BƏNDƏ VURMAQ
BƏNİZİNƏ QAN GƏLMƏK
OBASTAN VİKİ
Suya tullanma
Suya tullanma, müəyyən bir yüksəklikdən atlayıb, havada estetik hərəkətlər etdikdən sonra suya dimdik girməyə dayanan idman növüdür. Ümumiyyətlə balıqlama edilən atlayış əsnasında ayrıca müxtəlif gimnastika və akrobatika hərəkətləri həyata keçirilir. Tramplen atlanma. Yarışmalarda tramplen atlanmaları, su üzündə 5 və 10 metr yüksəklikdəki sabit bir platformla 1 ya da 3 metr yüksəklikdəki elastik sıçrayış taxtasından edilir. Olimpiya oyunlarında ancaq 10 metrlik yüksəkliklə 3 metrlik sıçrayış taxtaları istifadə olunur. Yarışmalarda ən azından 3 hakim sıçrama,bədənin havadakı vəziyyəti,nəzərdə tutulan hərəkətin edilməsini,suya baş vurmanı nəzərə alaraq xal verirlər.Hər atlanma üçün verilən xallar toplanır çətinlik səviyyəsinə vurulur.11 atlanmadan sonra ən çox bal yığan idmançı birinci olur. Kişilərdə 5-i vacib,6-si sərbəst 11 atlayış,qadınlarda 5-i sərbəst və 5-i vacib olan 10 atlayış edilir. Qüllə atlanma. Tramplendən fərqli olaraq,üzərindən atlanan platform tərpənən deyil və sudan yüksəkliyi 10 metrdir.Yarışmalarda atlayışlar 5 qrupda həyata keçirilir;ayrıca ancaq sabit platformlarda əlüstü furuşla atlanmalar da edilir. Birinci qrupda yer alan idmançı üzü suya taxtanın və ya platformanın ucundan atlanar.
Asuan bəndi
Əsvan bəndi — Misir ərazisində Nil çayı üzərində tikilən bənddir. Tikilməsinə 1960-cı ildə başlanmış və 10 dekabr 1970-ci ildə başa vurulmuşdur.
Atatürk bəndi
Atatürk su anbarı-Adıyaman və Şanlıurfa illəri arasında Fərat çayı üzərində qurulmuşdur, enerji və suvarma məqsədlidir.. GAP Layihəsi içində Karakaya su anbarının 180 m mənsəbində, Adıyaman ilindən 51 km uzaqlıqda, Şanlıurfa ilinin Bozova mahalından isə 24 km uzaqlıqda olub, Fərat Çayı üzərində qurulan anbardır. == İnşası və anbarın quruluşu == 1983-ci ildə tikintisi başlamış olan anbar 1992-ci ildə istismara verilmişdir. 8 turbinə sahib səddin yüksəkliyi 169 metrdir. Qaya tipli bir anbardır. Gövdə həcmi 84,5 milyon m³-dir. Xarici səthi qaya içidə olan gil və torpaqdır. Anbar gölünün təzyiqi ilə ilk inşasındakı yüksəkliyi 10 metr azalmışdır. İnşasına 4 noyabr 1983-cü ildə başlandı. 1994-cü ildə bitirilməsi planlaşdırılan su anbarı suvarma və enerji əldə etmək məqsədilə tikilmişdir.
Bəndi-Qeysər
Bəndi-Qeysər (ərəb. بند قیصر‎‎, tərcümədə Sezarın dambası) — İranın cənub-qərbindəki Şuştər şəhərinin su anbarının yaxınlığında antik irriqasiya kompleksidir. == Tarixi == Bu körpü Valeriana imperiyasının, həmçinin Sasani və Edes arasındakı müharibənin qarşısını almaq üçün tikilib. Bəzi mənbələrdə tikintinin 3, bəzilərində isə 7 il davam etdiyi barədə məlumatlar var (260-270-ci illərdə). Bəndi-Qeysərin memarı IX-X əsrdə at-Tabari və al-Masudidir. == Texniki xüsusiyyətləri == Körpü Harun çayı üzərində tikilmişdir. İrriqasiya-suvarma sistemləri Şuştar şəhəri ətrafında əkin sahələrinin suvarılmasında istifadə olunur. Bu körpünün uzunluğu 500 m-dir. Onun tikintisi zamanı 40-a yaxın arx çəkilmişdir. Bu arxların eni 6,6 m.
Bəndi-Türkistan
Bəndi-Türkistan — Əfqanıstanda dağ silsiləsi. Tarixi-coğrafi Türkistan ərazisinin cənub sərhədi.
Faiz bəndi
Kokaral bəndi
Kokaral bəndi — Kiçik Aral ilə Böyük Aral gölləri arasında yerəşən Berqa boğazında, Kokaral və aral rayonları ərazisində yerləşən bənd. Bənd Kişik Aral gölündə suyun səviyəsinin qorunub saxlanılması məqsədi ilə inşa edilmişdir. Bəndin uazunluğu 13 034 m, eni 100–150 m, hündürlüyü isə— 6 м metr təşkil edir. Bənddə 9 su ötürücü qurğular inşa edilmişdir. Onların hər biri 600 m³/s su ötürmə qabiliyyəti vardır. == Tarixi == XX əsrin 80-ci illərində Aral gölünün su səviyyəsinin azalması ilə şimalı cənubundan aralanmışdır. Su dar boğazla Kiçik və Böyük aral gölləri arasında axırdı. Burada suyun axınınln qarşısını alan dambanın inşasına iki dəfə cəhd göstərilmişdir. İlk qumlu bənd 1992-ci ildə inşa edilmişdir. Ancaq 1993-cü ilin yazında suyun səviyyəsinin xalxması ilə bənd dağılır.
Qanlıgöl bəndi
Qanlıgöl bəndi — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndindən şimalda Keçəldağın ətəyində yerləşən tarixi-memarlıq abidəsi. Küküçayın hövzə sində Dərələyəz silsiləsinin ətəyində, 2420 metr yüksəklikdə yerləşən və el arasında "Qanlıgöl" adlanan su anbarının qarşısında inşa edilmişdir. XVI əsrdən başlayaraq burada bir neçə dəfə bənd tikilmiş, ancaq möhkəm olmadığı üçün yazda qar-yağış sularından yaranan sellərə davam gətirməyərək dağılmışdır. XIX yüzilliyin ortalarında Naxçıvan da qəza rəisi işləyən A.P.Şahingirey burada bənd tikdirmişdir. Bu haqda məlumat gölün cənub tərəfində olan qaramtıl rəngli iri qaya parçası üzərində ərəb-fars və rus dilində həkk edilən kitabədə öz əksini tapmışdır. Ərəb əlifbası ilə yazılan kitabə çox narın hərflərlə yazıldığı üçün zaman keçdikcə aşınmış və oxunuşu çətinləşmişdir. Kitabədən görünür ki, Qanlı gölün qarşısındakı bənd 1865-ci ildə Naxçıvan mülkədarı 2-ci Kalbalı xanın himayəsi ilə qəza rəisi Şahingirey tərəfindən inşa etdirilmişdir. İri həcmli dağ daşlarından inşa edilmiş bəndin uzunluğu 45 metrdir. Bənddən suyun çıxan hissəsi yonulmuş daşlarla işlənmişdir, çıxış kanalının döşəməsinə daş döşənmişdir. Bəndin divarları iki yarımdairəvi kontrforsla möhkəmləndirilmişdir.
Sahil bəndi
Sahil bəndi – (rus. береговой вал, ing. beach-ridge) lə­pə­döyən axının fəaliyyəti ilə yaran­mış və plyajın arxa hissəsində yer­ləşən akkumulyativ relyef forması; hündürlüyü 4 m-ə qədər çatır. Eyni yaşlı sahil xəttinə paralel yerləşir.Sahil bəndi dəniz, yaxud gölün sahil xəttinə paralel istiqamətlənmiş, çınqıl, çınqıl-qum, qum, yaxud molluska qabıqlarından təşkil olunmuş alçaq (bir neçə sm-dən bir neçə m-dək) tirədir. Sahil bəndi asimmetrik olub az meyilli yamacıyla su hövzəsinə, dik yamacla isə quruya tərəf yönəlmişdir. Sahil bəndi dib çöküntülərinin dalğalar vasitəsilə sahildə toplanması nəticəsində yaranır. Müasir sahillərdə bir və bir neçə sahil bəndi müşahidə olunur. == Həmçinin bax == Sahil Eol relyef Sahil akkumulyasiyası == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Şahı bəndi
Şahı bəndi və ya Şəştraz bəndi — İranda tarixi bənd. XII əsrdə, Qəznəvilər dövründə tikilmişdir. Küsərx şəhristanında yerləşir. İranın milli əsərlərindən biri kimi qeydə alınmışdır.
Şəştraz bəndi
Şahı bəndi və ya Şəştraz bəndi — İranda tarixi bənd. XII əsrdə, Qəznəvilər dövründə tikilmişdir. Küsərx şəhristanında yerləşir. İranın milli əsərlərindən biri kimi qeydə alınmışdır.
Əsvan bəndi
Əsvan bəndi — Misir ərazisində Nil çayı üzərində tikilən bənddir. Tikilməsinə 1960-cı ildə başlanmış və 10 dekabr 1970-ci ildə başa vurulmuşdur.
Suya Səyahət (1996)
Suya səyahət (film, 1996)
Üzən-yarı suya salınmış qazma qurğusu-"Şelf" (film, 1982)
== Məzmun == Kinolent ən böyük dərinliklərdə neft və qaz çıxarmaq üçün geniş imkanlar açan "Şelf" silsiləsindən yeni üzən-yarı suya salınmış qazma qurğusu haqqında danışır. Texniki-təbliğat filmi tamaşaçılara qurğunun əsas və texniki-iqtisadi göstəriciləri ilə tanış olmaq imkanı verir. == Film haqqında == Film SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutunun sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: Ruslan Şahmalıyev Operator: Faiq Qasımov Bəstəkar: Rafiq Babayev Səs operatoru: Akif Nuriyev == Sponsor == SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutu == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 330.
Üzən-yarı suya salınmış qazma qurğusu — "Şelf" (film, 1982)
== Məzmun == Kinolent ən böyük dərinliklərdə neft və qaz çıxarmaq üçün geniş imkanlar açan "Şelf" silsiləsindən yeni üzən-yarı suya salınmış qazma qurğusu haqqında danışır. Texniki-təbliğat filmi tamaşaçılara qurğunun əsas və texniki-iqtisadi göstəriciləri ilə tanış olmaq imkanı verir. == Film haqqında == Film SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutunun sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: Ruslan Şahmalıyev Operator: Faiq Qasımov Bəstəkar: Rafiq Babayev Səs operatoru: Akif Nuriyev == Sponsor == SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutu == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 330.
Suya tullanma 2017 Su idman növləri üzrə Dünya Çempionatında – Kişilər 1 metr tramplin
Kişilər 1 metr tramplin — 2017 Su idman növləri üzrə Dünya Çempionatında 14 və 16 iyul 2017-ci il tarixləri aralığında keçirilən yarışdır. == Nəticələr == Təsnifat mərhələsinə 14 iyul 11:00-da start verilmişdir. Final mərhələsinə 16 iyul 15:30-da start verilmişdir.Yaşıl finalçılar deməkdir.
ве́нзельный видеодво́йка не в счёт негума́нный обду́ться овце... сфери́ческий ше́льмочка да́вливать затро́нуть за живое контрразве́дывательный кронпри́нц нефтеотда́ча но́мер один пасти́сь переучётный распи́лка сетево́й футболи́стка хибень dominance hang-glide intorted oater седельник